"Futbol Qarabağın tanınması üçün böyük reklam olacaq"

13:35 - 6 Mart 2021

"Sabah"ın kapitanı Ruslan Abışov TRT-yə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi 44 günlük Vətən müharibəsi barədə danışıb:

 

"Müharibə vaxtı hamımızın fikri sırf Qarabağla bağlı idi. İdman bizim üçün ikinci sıraya keçmişdi. Şükürlər olsun ki, sonluq istədiyimiz kimi oldu. Müharibədə qələbə qazandıq. Həmin ərazilər tam bərpa olunduqdan sonra orada bir neçə beynəlxalq görüş təşkil etmək daha məqsədəuyğun olar. Bu, mənim şəxsi fikrimdir. İnanıram ki, federasiya da belə bir təklif irəli sürəcək. Çünki ölkəyə gələn əcnəbi futbolçular, hakimlər Qarabağı daha yaxşı tanıyacaq və o torpaqların Azərbaycana aid olduğunu anlayacaqlar. Bu baxımdan, futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq".

Xəbər xətti