Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, sözügedən komanda yerli “Telavi” ilə üz-üzə gələcək.
Gürcüstan yüksək liqa təmsilçisi ilə matç iyulun 26-da “Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, “Sabah” Tiflis toplanışında daha öncə “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşıb. “Ağ-göylər” iyulun 28-də Gürcüstanda sonuncu yoxlama oyununu keçirəcək. Rəqib yerli “Saburtalo” olacaq.
saytlarin hazirlanmasi