"Qarabağ"ın rəqibləri "sülh"lə başladı

20:43 - 16 Sentyabr 2021

"Qarabağ"ın yer aldığı Konfrans Liqasının H qrupunda ilk turun açılış oyunu Qazaxıstanda keçirilib.

 

Sportal.az xəbər verir ki, "Kayrat" doğma publika qarşısında Kipr çempionu "Omoniya"nı qəbul edib.

Matç başladığı kimi - 0:0 hesabı ilə başa çatıb. 

Qarşıdakı turda "Omoniya" Nikosiyada "Qarabağ"ı qəbul edəcək. "Kayrat" isə səfərdə "Bazel"lə üz-üzə gələcək.

Xəbər xətti