"Zəfər turu" məhsuldar keçdi

12:34 - 8 Noyabr 2021

Premyer Liqada mövsümün ən məhsuldar turu keçirilib.

 

Sportal.az xəbər verir ki, "Zəfər Turu" adlandırılan X turda qapılara 17 qol vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Sabah” – “Zirə” (3:3) oyununda 6, “Keşlə” – “Neftçi” (3:2) matçında 5, “Sumqayıt” – “Qarabağ” (0:4) qarşılaşmasında 4 qol vurulub. Ən az top “Səbail” – “Qəbələ” görüşünə təsadüf edib – 0:2.

 

Azərbaycan çempionatlarında belə məhsuldarlıq sonuncu dəfə ötən mövsüm qeydə alınıb. Maraqlıdır ki, həmin vaxt da X tur məhsuldar alınıb. 19 qolun vurulduğu turda orta göstərici 4,75 olub. Ötən il noyabrın 21-23-də keçirilən turda “Qarabağ” – “Sumqayıt” (6:1), “Qəbələ” – “Neftçi” (1:4), “Zirə” – “Keşlə” (3:1) və “Sabah” – “Səbail” (2:1) oyunları baş tutub.

Xəbər xətti