"Azərbaycan millisini türkiyəli məşqçinin çalışdırması mənalı olardı"

16:18 - 8 Noyabr 2021

Türkiyə mətbuatı Samet Aybabanın Azərbaycan milli komandasının yeni baş məşqçisi ola biləcəyini yazıb.

Sportal.az xəbər verir ki, türkiyəli həmkarlarımız təcrübəli mütəxəssisin AFFA-nın namizədləri arasında olduğunu bildirib.

Aybaba saytımıza açıqlamasında milli komandamızı çalışdırmaq ehtimalından danışıb:

"Əslində, bir neçə il bundan qabaq həm milli komandanı, həm də klubları çalışdırmaq məsələsinə görə bir neçə görüşümüz oldu. Sadəcə şərtlərdə razılıq əldə olunmamışdı. Azərbaycan milli komandasını türkiyəli məşqçinin rəhbərlik etməsi mənalı olar. Çünki biz tək millət, iki dövlətik. Yəni, bu 2 millət bir-birinin dilindən, mədəniyyətindən və adət-ənənlərindən yaxşı bilir. Azərbaycan millisinə türkiyəli məşqçinin başçılıq etməsinin də böyük üstünlüyü var.

​Azərbaycan millisində çalışmaq istəyərəm?Türklərin olduğu hər yerdə çalışmaq istəyərik. Bir neçə dəfə Azərbaycanda olmuşam, orada dostlarımız var. Yəni, bu cür məsuliyyəti üzərinə götürmək çox mənalıdı”.

Xəbər xətti