Azərbaycanda çalışmış türkiyəli mütəxəssis Güvənç Kurtar Sportal.az saytına açıqlamasında Okan Buruk və Samet Aybabanın Azərbaycan millisini çalışdırmaq ehtimalını dəyərləndirib.
Kurtar Aybabanın Azərbaycan millisində yaxşı işlər görə biləcəyini bildirib: “Okan Buruk son mövsüm uğursuz oldu deyə, onu komandadan göndərdilər. Əvəzinə isə “Başakşəhir”ə Aykut Kocamanı gətirdilər. Əslində Okan burada da işləyə bilər. Türkiyə A millisinə də baş məşqçi təyin edilə bilər. Çünki ətrafı genişdi. Türkiyə A millisini də ə çalışdıra bilər. Azərbaycan millisini çalışdırıb-çalışdırmayacağı ilə bağlı bir söz deyə bilmərəm.
Samet Aybaba hazırda işsizdi. Ramin Musayev də onu tanıyır. Məncə, Samet Aybaba Azərbaycan millisinə kömək ola bilər. Edəcəkləri ən yaxşı iş Aybabanı milliyə gətirmək olar”.