Azərbaycanda çıxış etmiş polşalı Lukaş Sapela Sportal.az saytına açıqlama verib.
Sapela Mahir Emrelinin "Legiya"dakı çıxışından danışıb və onun haqda xoş sözlər deyib.
"Fikirmcə, Mahir Emreli "Legiya"nın ulduzudu. Polşaya gələn gündən bu yana görün nə qədər qol vurub. Varşava klubunun azarkeşləri Mahiri tənqid etmir, sadəcə çempionatdakı uğursuzluğa görə klubu tənqid edirlər.
İnanın, "Legiya"nın nə vaxtsa turnir cədvəlində aşağı pillələrdə olması yadıma gəlmir. Baş məşqçi dəyişikliyinin komandaya nəsə qazandıracağını düşünmürəm. Mahir Polşaya gələndə onun ən yaxşı bombardirlər arasında olacağına inandığımı demişdim. Mənə görə o, "Legiya"da çox yaxşı çıxış edir. Əslində, cari mövsüm "Legiya"nın çempionluğu inandırıcı deyil, komanda ən yaxşı halda avrokuboklara vəsiqə verən yerlərdən biri uğrunda mübarizə apara bilər".