Azərbaycan millisi seçmə mərhələni qələbəsiz başa vurdu - YENİLƏNİB

22:55 - 11 Noyabr 2021

Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci matçında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.

 

Azərbaycan millisi seçmə mərhələni 1 xalla qrup sonuncusu kimi başa vurub.

 

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

IX tur

21:00. Azərbaycan - Lüksemburq - 1:3

Qollar: Rodriqeş, 67, 90+1, Till, 78 - Azər Salahlı, 82

Qırmızı vərəqə: Tellur Mütəllimov, 20 (Azərbaycan)

Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Yulian Vaynberger (hamısı Avstriya)

Bakı Olimpiya Stadionu.

Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 9 (7), İrlandiya - 5 (6), Azərbaycan - 1 (8).

 

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

 

Ehtiyat oyunçular: 1. Emil Balayev, 12. Mehti Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə

 

Baş məşqçi: Canni De Byazi

 

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Jerson Rodrigeş, 11. İvandro Borges, 13. Dirk Karlson, 15. Olivye Til, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loran Yans

 

Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Maljye, 5. Vahid Selimoviç, 6. Diequ Pimentel, 7. Erik Veyqa, 14. Moris Devill, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastyan Till, 22. Maykl Omosanya

 

Baş məşqçi: Lük Holts.

Xəbər xətti