Yığmamızın üzvü: "Norveçlə oyuna maksimum nəticə və gözəl oyun göstərmək üçün çıxacağıq"

14:42 - 15 Noyabr 2021

21 yaşlılardan ibarət yığma komandamızın futbolçusu Rauf Hüseynli Sportal.az saytına açıqlama verib. Yığmamızın futbolçusu AÇ-2023-ün seçmə mərhələsinin Avstriya ilə oyunu barədə danışıb. Bununla yanaşı qrupdakı durum haqda bunları:

"Avstriyaya qarşı ilk yarıda yaxşı oynadıq. Sadəcə diqqətsizlikdən qol buraxdıq. Sona qədər mübarizə aparsaq da, uduzduq. Diqqətli oynasaq da, bəzi epizodlarda konsentrasiyanı itirdik. Səviyyəli rəqiblər də fürsətlərdən istifadə edirlər. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Həm də yaxşı oyun göstərmək niyyətindəyik.  Hər oyundan əvvəl də bunu düşünürük".

Hüseynli, sabah Norveçə qarşı keçiriləcək oyun haqda isə belə danışıb: “Norveç yığması hazırda turnir cədvəlinin 2-ci pilləsindədi. İstənilən halda, biz Norveçlə oyuna maksimum nəticə və gözəl oyun göstərmək üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyacağıq”.

Xəbər xətti