“Azərbaycanın Lüksemburqa məğlubiyyəti üzücüdü. Lazımsız qırmızı vərəqə oldu. Amma etiraf etmək lazımdı ki, Lüksemburq müdafiədə güclü idi. Onların futbolçuları Avropa klublarında oynayır, özü də yaxşı komandalarda”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Aleksandr Çertoqanov deyib.
Uzun illər Azərbaycan millisində çıxış etmiş veteran futbolçu millimizin hazırki durumunu müzakirə edib. Çertoqanov baş məşqçi məsələsi haqda da danışıb. Onun fikirlərinə görə yığmamıza yerli mütəxəssis kömək edə bilər: “Azərbaycan milli komandasına yerli baş məşqçi lazımdı. Məncə, milliyə xarici mütəxəssis kömək olmayacaq. Rəşad Sadıqov, Samir Abasov da millidə bacarar. Ya da Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunarsa, kömək olar. Yenə də fikrimdə qalıram ki, Qurban Qurbanovla yollar erkən ayırdılar. Ona işləmək imkanı vermədilər”.
“Bakı”, “Neftçi”, “Simurq”, “İnter”, “Qəbələ”, “Sumqayıt” klublarında oynamış Çertoqanov 2006-2013-cü illərdə Azərbaycan millisində 54 oyun keçirib.