Almaniya klubunun üzvü Azərbaycan yığmasına cəlb edilə bilər

12:35 - 16 Noyabr 2021

Almaniyanın “Verl” klubunda çıxış edən Maksim Bayramov Azərbaycan yığmasına cəlb edilə bilər.

Sportal.az saytının məlumatına görə, Almaniyada oynayan futbolçu U-21 yığmamıza dəvət edilə bilər. Belə ki, yığmanın baş məşqçisi Milan Obradoviç də yarımmüdafiəçini sərəncamında görmək istəyir. Əslində “Verl”in futbolçusu Azərbaycan yığmasında çıxış edib.

​O, Moldovanın U-17 yığmasının kapitanı olduqdan sonra, Azərbaycanın U-19 yığmasına cəlb edilmişdi. “Daçiya” yetirməsi olan 20 yaşlı futbolçu “Arminiya” klubunda da oynayıb. Bayramovun atası azərbaycanlı, anası isə moldovalıdı.

Xəbər xətti