AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, bu barədə İtaliyanın “TuttoMercato” nəşri xəbər yayıb.
Uğursuz nəticələr səbəbindən 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsinin yenilənməyəcəyi diqqətə çatdırılıb.
Canni De Byazi Azərbaycan millisinə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Milli komanda onun rəhbərliyi altında keçirdiyi 20 oyunda 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub.
saytlarin hazirlanmasi