“Minay”ın azərbaycanlı futbolçusu Ukraynanın U-21 yığmasına dəvət almış Eldar Quliyev Sportal.az saytına müsahibə verib.
- “Minay”dakı işlərin necə gedir? Öz çıxışından razısan?
- İşlərim pis getmir. Çalışıram ki, daha da yaxşı olsun. Sadəcə düşən qol imkanlarından yararlansaydım, çıxışımdan razı olardım. Ancaq belə, elə də çox razı deyiləm.
- Bir müddət əvvəl Ruslan Rotan səni Ukrayna U-21 yığmasına dəvət etdi. Səni Ukrayna yığmasının oyunlarında görəcəyik?
- Bəli, dəvət var idi. Amma bu, sadəcə ehtiyat siyahıdı.
- Özünü yalnız Ukrayna yığmasında təsəvvür edirsən, yoxsa, Azərbaycan millisində oynamaq ehtimalının olmasını düşünürsən?
- Bilirsiz, söz-söhbət çoxdandır ki, var. Amma mənə Azərbaycan millisindən rəsmi dəvət gəlməyib. Sadəcə dediyim kimi söz-söhbətlər var. Rəsmi bir şey olmadığına görə, nəsə deməyim də düz çıxmaz.
- Bəlkə, Azərbaycan yığmasında oynamağı klubunda legioner sayılacaqsan deyə, qəbul etməmisən?
- Dediyim kimi, rəsmi heç nə yoxdu. Sadəcə söz-söhbətlər var idi.
- Yeri gəlmişkən, Ukraynada “Aleksandriya”da oynayan Emil Mustafayev AFFA-nın dəvətini qəbul edib U-21 yığmasında oynamağa başladı. Bu haqda hansı fikirdəsən?
- Bəli, Emili tanıyıram. Ona yalnız uğurlar arzu edə bilərəm. Afərin ona. İnanıram ki, yığmaya kömək olacaq.
- Qışda “Minay”dan ayrılmağı düşünürsən? Maraqlıdı, Azərbaycan klublarından təklif almısan, yoxsa Ukraynada qalmaq niyyətindəsən?
- Hələ ki, heç nə deyə bilmərəm. Çünki heç nə bilmirəm. Bununla yalnız agentim məşğuldu. Görək də, qışda necə olacaq.
saytlarin hazirlanmasi