21 yaşlılardan ibarət yığma komandamızın aparıcı futbolçusu Şakir Seyidov Sportal.az saytına müsahbibə verib. Yarımmüdafiəçi U-21 yığmamızın AÇ-2023-ün seçmə mərhələsinin Norveçlə oyunu və qrupdakı durumumuz haqda danışıb.
- Norveçlə oyunda Azərbaycan yığması 1:2 hesabı ilə uduzdu. Həmin məğlubiyyəti necə şərh edərdin?
- Oyuna çox ciddi hazırlaşmışdıq. Milan Obradoviçin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdıq. Matç zamanı da əlimizdən gələni etdik. Təəssüf ki, uduzduq.
- Norveç qapısı qarşısında 2 mübahisəli penalti epizodu var idi. Hakimdən tələbiniz Norveçin qapısına penalti təyin etməsi idi...
- Əlbəttə ki, biz haqlı olaraq hakimdən penalti tələb edirdik. Çünki 3 fərqli epizodda top rəqib oyunçuların əlinə dəydi. Lakin baş hakim penalti təyin etmədi. Biz hər oyuna qələbə üçün çıxırıq. Amma hakim haqsızlığımı deyim, hakim səhvinə görə deyim, xaldan olduq.
- Evdə ardıcıl 4 oyundan cəmi 1 xal qazandınız. Nəyə ümid etmişdiniz?
- Bəli, evdə ardıcıl 4 oyun keçirdik, ancaq istədiyimiz xalları toplamadıq. Halbuki hər oyuna qələbə üçün çıxırdıq. İstəyirik ki, bizi dəstəkləyənləri sevindirək. Qarşıda hələ 4 oyunumuz var. İnanıram ki, 4 oyunun hamısında qalib gələ bilərik.
- Bu matçların hansında rəqibdən açıq-aşkar zəif oynadınız və hansı matçda güclü rəqibdən üstün oynadınız?
- Evdəki 4 oyunun hamısına qələbə üçün çıxmışdıq. Heç bir oyunda zəif təsir bağışlamadıq. Sadəcə təəssüf ki, belə alındı.
- Estoniya matçlarında necə, heç olmasa həmin oyunlarda qələbə qazana biləcəksiz?
- Dediyim kimi hələ qarşıda 4 oyunumuz var. Tək Estoniya matçında deyil, digər rəqiblərlə oyunlarda da maksimum xal yığacağımıza inanıram. İnanıram ki, qalan oyunların hamısından qalib ayrılacağıq. Allah qoysa, belə olar.
saytlarin hazirlanmasi