Paytaxt klubunun braziliyalısı: "Qarabağ"ı məğlub etmək? Hər şey mümkündü" - MÜSAHİBƏ

13:51 - 18 Noyabr 2021

“Keşlə”nin braziliyalı futbolçusu Felipe Santos Sportal.az saytına müsahibə verib. Braziliyalı Premyer Liqanın 11-ci turunun "Qarabağ"la oyunu haqda danışarkən rəqib barədə fikirlərini söyləyib.

- "Keşlə" sabah Premyer Liqanın 11-ci turu çərçivəsində "Qarabağ"la üz-üzə gələcək. Matç haqda nə düşünürsən?
- Çox çətin oyun olacaq. Çünki çempionatın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Lakin biz böyük çağırışa hazırıq. Sona qədər mübarizəmizi aparacağıq.

- "Qarabağ"ı səfərdə məğlub edə biləcəksiz?
- Futbolda hər şey mümkündü. Son oyunda da qalib gəlmişik. Və daha da özümüzə inamlıyıq. Hər şey mümkündü.

- Rəqibiniz Konfrans Liqasında çıxış edir və pley-off mərhələsinə vəsiqəni təmin edib. Bu barədə nə düşünürsən?
- Əlbəttə ki, oyunlara baxıram. Avrokuboklarda çox yaxşı nəticələr qazanıb. Amma sabah 11 nəfər 11 nəfərə qarşı oynayacaq. Hansı komanda yaxşı olacaqsa, qalib gələcək.

- “Qarabağ”da oynamağı heç istəmisən?
- “Qarabağ” heyətində əla oyunçuları olan yaxşı komandadı. Özü də çox yaxşı azarkeşləri var. Onlarla yenidən qarşılaşmaq xoş olacaq.

- “Keşlə”nin Şamaxı şəhərinə köçürüləcəyi haqda artıq məumatlısan?
- Bəli, bundan bir müddət əvvəl xəbər tutdum. Açığı, təəccüblənmişdim. Çünki komanda ölkənin ən yaxşı yerində yerləşir və azarkeşlərə, oyun, məşq meydançasına öyrəşmişik. Çətin dəyişiklik olacaq, amma klub üçün daha yaxşı olarsa, azarkeşlər dəstəkləsə, oyunçular da üçün də yaxşıdı.

- Bəs, özün necə, Şamaxıya gedərək “Şamaxı” klubunda oynamaq istəyirsən?
- İyunun 1-nə kimi müqaviləm var. Klubda qalası olsa, əlbəttə, ola bilər. 

Xəbər xətti