“Hər şey qaydasındadı. Qışa qədər hələ 7 oyunumuz var və daha sonra istirahətə yollanacağıq. Hazırda heç bir təklifim yoxdu. Amma qışda baxarıq. Azərbaycana qayıtmaq istəyirəm. Amma hazırda Albaniyadayam və gözləyirəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Vlajniya”nın qapıçısı Boyan Zoqoviç deyib.
Monteneqrolu qapıçı Azərbaycanda oynamaq istədiyini bildirib. “Zirə”nin qapısını qorumuş kiper məsələ haqda bu cür danışıb: “Hazırda “Zirə”nin qapıçıları var. Ötən mövsüm Albaniyada çox yaxşı mövsüm keçirdim, ölkə kubokunu götürdüm. Daha sonra Konfrans Liqasında seçmə oyunlar oynadıq. Qışda baxarıq. Azərbaycandan hansısa klub zəng edərsə, danışarıq".
32 yaşlı çərçivə qoruyucusu 2019-2020-ci illərdə “Zirə”də çıxış edib.
saytlarin hazirlanmasi