“Qəbələ”nin şimali makedoniyalı legioneri İsnik Alimi Sportal.az saytına açıqlama verib.
O, Premyer Liqanın 11-ci turu çərçivəsində komandasının “Sumqayıt”a qarşı keçirəcəyi görüşlə bağlı danışıb.
Alimi fasilə zamanı yaxşı çalışdıqlarını və “Sumqayıt”la görüşə 3 xal üçün çıxacaqlarını söyləyib:
“Əslində, bizim bir az bərpaya ehtiyacımız var idi. Fasilə zamanı da kollektiv olaraq yaxşı çalışdıq və qarşıdakı matça hazırlaşdıq. Vaxtımız az deyildi. Hazırki mövqeyimizi qorumaq istəyirik.
“Sumqayıt”la matçda mübarizə aparacağıq. Bilirik ki, qarşıda çətin oyunlar var. Matçları qalib başa vurmaq istəyirik. “Sumqayıt”la görüşdə də qələbə qazanacağımıza inanıram. Ümidvaram ki, bu, bizdə alınacaq”.