"Hər məşqdən sonra həkim otağında ən azı 10 nəfər olur, hamının beli, dizi ağrıyır"

12:54 - 19 Noyabr 2021

"Səbail"in hücumçusu Rauf Əliyev Sportal.az saytına açıqlama verib. 

O, komandasının Premyer Liqanın 11-ci turu çərçivəsində "Zirə"yə qarşı oynayacaqları matçdakı şanslarını dəyərləndirib: "Fasilə zamanı komanda yaxşı məşq edib. Təbii ki, ölkə çempionatında gücümüz çatdığı qədər mübarizəni aparacağıq. "Zirə" də yaxşı durumdadı, yaxşı komandadı. Biz də bu oyunda sona qədər mübarizə aparacağıq ki, uğurlu nəticə qazanaq".

Təcrübəli futbolçu "Səbail"in ev oyunlarını keçirdiyi "ASCO Arena"nın ot örtüyünün bərbad durumda olmasından söz açıb: "ASCO Arena"nın ot örtüyü bərbad durumdadı. Demək olar ki, betonun üstündə oynayırıq. Hər məşqdən sonra həkim otağında ən azı 10 nəfər olur. Çünki hamı ağrıyır, belimiz, topuğumuz, dizimiz çox ağrıyır. Meydança çox bərkdi. Artıq meydana butsda çıxanda, sanki hündür ayaqqabı da oynayırsan. Çünki sünii ot deyə bir şey də qalmayıb. Çox çətindi orada oynamaq.

Digər komandalarla oynayada futbolçuları sual verir ki, "məşqləri də burada edirsiz?". Onlar hələ bir oyunu oynayıb meydanın nə vəziyyətdə olduğunu görür. Tez bir zamanda ot örtüyünü dəyişsələr yaxşı olar. Bir gündə demək olar bütün yaş qrupları orada məşq edir. Daha orada sünii örtüklük bir şey qalmaz axı"ş

Xəbər xətti