"Nəinki "Sumqayıt"da, "Keşlə" və "Səbail"də oynayanda da "Qarabağ"a qol vurmuşam"

14:45 - 19 Noyabr 2021

“Qarabağ”a qarşı səfərdə oynayırıq. Onlar əla komandadı. Çalışacağıq ki, səfərdə yaxşı nəticə əldə edək”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Keşlə”nin hücumçusu Amil Yunanov deyib. O, Premyer Liqanın 11-ci turu çərçivəsində komandasının “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb. Yunanov Ağdam təmsilçisi haqda bu sözləri deyib:

"Qarabağ”ı izləyirəm. Avrokuboklarda hər il olduğu kimi bu il də əla çıxış edir. Onlara uğurlar arzu edirəm. Bir neçə ildir ki, eyni oyunçular heyətdə oynayır, oturuşmuş heyəti və sistemi var. Yəni, “Qarabağ”da yaxşı kollektiv formalaşdırılıb. “Qarabağ”ın çox futbolçusu keyfiyyətlidi, hər an hər şey edə bilərlər. Onlara qarşı diqqətli olmalıyıq”.

Amil, “Keşlə”nin bu mövsüm “Qarabağ”la 1:1 oynadığı xatırlayıb: “ Komanda həmin matçda yaxşı oynamışdı. Həmin matçda çox mübariz futbol oynamışdıq. Həm də öz meydanımızda oynayırdıq. Çalışacağıq ki, hər şey bizim üçün yaxşı olsun”.

“Nəinki “Sumqayıt”da, "Səbail" və “Keşlə”də oynayanda da “Qarabağ”a qol vurmuşam. Meydanda olsam, çalışacam ki, komandama kömək edim” – deyə, Amil Yunanov fikirlərini yekunlaşdırıb.

Xəbər xətti