"Əgər ardıcıl məğlubiyyətlər varsa, kimsə nəyisə səhv edir. Ya futbolçular səviyyəyə uyğun gəlmir. Bu cür qrupda 1 xal yığmaq, sadəcə fəlakətdi. Hətta Lüksemburq kimi komandalar inkişaf edir. Azərbaycan millisində hazırda elə futbolçular görürəm ki, bizim vaxtımızda onları heç vaxt milliyə cəlb etməzdilər. Ancaq indi onlar baş roldadı. İndi isə hamı suala cavab tapa bilər, "komanda güclənib, yoxsa zəifləyib?".
Bu sözləri Sportal.az saytına açıqlamasında Məhəmməd Qurbanov deyib.
Azərbaycan milli komandasının sabiq hücumçusu yığmanın hazırki durumu barədə danışıb. O, millimizə hansı baş məşqçinin uğur gətirə biləcəyi barədə də fikirlərini söyləyib: "Azərbaycanda çox sayda ixtisaslaşmış məşqçilər var. Samir Abasov, Şahin Diniyev, Arif Əsədovun adını həmişə çəkəcəm. Onlar milli komandanı çalışdıracaq səviyyədədi. Onlardan biri millini çalışdırsaydı, razılaşın ki, nəticə indikindən pis olmazdı. Bununla yanaşı baş məşqçi postuna azərbaycanlı təyin etməklə, pula qənaət edib uşaq futboluna ayırmaq olar. Məncə, müqaviləni yalnız bir xarici məşqçi qarşılıq verdi, o da robert Prosineçki idi. Milli komandanın nəticəsinə görə çox üzülürəm. Matçlara baxıram və futbolumuzun çiçəklənməsi baxımından narahatam".