“Qəbələ”nin futbolçusu Stefan Vukçeviç Sportal.az saytına açıqlama verib.
Monteneqrolu oyunçu Premyer Liqanın 11-ci turu çərçivəsində bu gün “Sumqayıt”a qarşı keçirəcəkləri oyun haqda danışıb. Vukçeviç matça qələbə üçün çıxacaqlarını bildirib:
"Premyer Liqaya verilən fasilədən yaxşı istifadə etdik. Yaxşı işləyə bildik və yenidən oyunlara hazırıq. “Sumqayıt”a qarşı çətin oyunumuz var. Hazırki an üçün ən vacib oyunlardandı. “Sumqayıt” əla komandadı.
Amma məncə, biz güclüyük. Ümidvaram ki, qələbə bizim olacaq. Üzərimizdə heç bir təzyiq yoxdu. Oyundan-oyuna növbəti matçı düşünürük. Lakin əlimizdən gələni edəcəyik. Komandamıza inanıram, hər şey yaxşı olacağını düşünürəm".