APOEL və Kipr millisinin sabiq kapitanı Giorgos Merkis Sportal.az saytına açıqlama verib.
Son illərdə “Qarabağ”a qarşı avrokuboklarda 4 oyunda oynamış Merkis Ağdam klubunun “Omoniya” ilə oyunu haqda danışıb.
Veteran futbolçu dünən Konfrans Liqasının 5-ci turu çərçivəsində Bakıda qeyd alınan nəticənin özü üçün gözlənilməz olduğunu deyib:
“Matçdan öncə “Qarabağ”ın favorit olduğu və qalib gələcəyini düşünürdüm. Amma düzü, “Qarabağ” dünən o qədər də yaxşı futbo oynamadı. “Omoniya” isə əksinə yaxşı oynadıv və möhtəşəm qol vurdu.
Ancaq bu, Yordi Qomezin ilk belə qolu deyildi. Əvvəllər də oxşar qollar vurub. Ötən mövsüm PSV və 2 il öncə yerli liqada APOEL-ə də oxşar qol vurmuşdu. O, həqiqətən də uzaq məsafədən çox yaxşı zərbələr endirir. İstənilən halda dünənki oyun gərgin və maraqlı idi”.