"Qəbələ"nin "Qarabağ"la 63-cü dueli

23:52 - 27 Noyabr 2021

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start veriləcək. Turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək. “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç noyabrın 29-da keçiriləcək. Bu görüş rəqiblərin 63-cü dueli olacaq. İndiyədək 12 dəfə qalib gələn “qırmızı-qaralar” 19 qarşılaşmada heç-heçə edib. Digər 31 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran futbolçular öz qapısından 92 top buraxıb.

 

“Qəbələ” Premyer Liqada 52-ci dəfə “Qarabağ”la görüşəcək. İndiyədək keçirilən 51 oyunda 10 qələbəsi olan komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 27 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb.

 

“Qəbələ” 31-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçularımız 39 qola üzülüb.

Xəbər xətti