“Keşlə”nin müdafiəçisi Azər Salahlı Sportal.az saytına müsahibə verib. O, Premyer Liqanın 11-ci turu çərçivəsində komandasının “Sabah”a qarşı məğlubiyyətini şərh edib.
- “Sabah”la matçda komandanız meydanı məğlubiyyətlə tərk etdi. Ən azından 1 xala layiq olduğunuzu düşünürsən?
- “Sabah”la matçın çətin keçəcəyni bilirdik. Erkən buraxdığımız qollar bizi çox çətin vəziyyətə saldı. İkinci hissədə dönüş yaratmaq istəsək də, təəssüf ki, alınmadı. Bir xalı qazanmaq üçün xeyrli epizodlarımız da oldu. Ancaq alınmadı.
- Maraqlıdı ki, komanda 2-ci yarıda daha yaxşı oynad, daha istəkli görünürdü. Bəs ilk yarıda nəyə görə bu cür olmadı?
- İlk yarıda rəqibin təzyiqi oldu. Çox erkən qol buraxmağımız oyunumuza təsir etdi.
- Sənan Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında futbolçulardan narazılıq bildirdi. Onun fikirlərinə münasibətin necədi?
- Hər məğlubiyyətdən sonra hər kəs çox əsəbi olur. Heç bir futbolçu meydana məğlub olmaq üçün çıxmır.
Hər kəs qalib gəlmək üçün əlindən gələni edir. Ancaq bəzən bu həmişə uğurlu alınmır.
- “Neftçi” üzərində 3:2 hesablı qələbəniz sizə inam qazandırmaqdan əskinə sanki inamsızlıq yaradıb. İndiki uğursuzluqlar “Neftçi” qələbəsinin təsadüf olduğunu göstərir?
- “Neftçi” üzərində qazanılan qələbə təsadüfü deyildi. Ən azından siz də razı olarsınız ki, “Neftçi” kimi komanda ilə oyunda 0:2 geridə olduqdan sonra geridönüş edib 3:2 qalib gəlmək çox əziyyət və əzmkarlıq tələb edir. Ötən turda “Qarabağ”a qarşı çətin səfərimiz oldu. Yenə də deyirəm ki, futbolda belə hallar olur. Başımızı salıb geriyə yox, irəlidəki oyunlara baxmalıyıq.
- Növbəti turda “Keşlə” “Səbail” üz-üzə gələcək. Necə düşünürsən, ağır durumda olan “Səbail”i məğlub etmək mümkün olacaq?
- İndiki məqsədimiz qalan 2 turu maksimum nəticə ilə bitirib, üst pillələrdəki rəqiblərdən geri qalmayaq. Yəni bu an üçün fikrimiz belədi.