"Əsas odur ki, Allah cəza verməsin, İntizam Komitəsinin cəzası boş şeydi"

20:26 - 3 Dekabr 2021

AFFA İntizam Komitəsinin bugünkü iclasında aşağı liqalarda baş verən neqativ hallara da hüquqi qiymət verilib.

Sportal.az xəbər verir ki, İntizam Komitəsi U-16 Liqasının ROFM – “Səbail” oyununda matçın 30-cu dəqiqəsində qonaq komandanın rəsmi şəxsi Ramal Hüseynov hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun stadiona girişinə qadağa qoyulub.

Məsələ ilə bağlı Hüseynovun özü saytımıza açıqlamasında verilən cəzanın mənasız olduğunu bildirib: "Cəza verilib öz işləridi. Əsas odur ki, Allah məna cəza verməsin, İntizam Komitəsinin cəzası boş şeydi. Oynadığım vaxtlarda belə cəzaları çox görmüşəm. İkincisi də bir araşdırsınlar, görsünlər mənim rəsmi iş yerim var ki, 15 oyun cəza veriblər? Bu cəzanı mənə verən dəqiq futbol adamıdı?

Nə vaxtdan görülüb ki, azarkeş kimi gəlib oyuna baxan, hakimə nəsə söz deyirs, ona cəza verilsin? Mənim üçün fərqi yoxdu, istəyir 30 oyun cəza versinlər. Belə baxıram, iş gedir, hər yola əl atırlar ki, Ramal futboldan uzaqlaşsın. Problem yoxdu”.

Xəbər xətti