“Paxtakor”un hücumçusu Draqan Ceran Sportal.az saytına açıqlama verib.
Özbəkistan klubunun serbiyalı forvardı “Neftçi”nin futbolçusu Tyaqo Bezerra haqda danışıb.
Vaxtilə “Simurq”da oynamış serb “Paxtakor”da birlikdə oynadığı Bezerra barədə bunları deyib: “Tyaqo Bezerra ilə tez-tez danışıram. Dediyinə görə həm “Neftçi”ni, həm də Bakını bəyənir. Özünü sübut edə biləcəkmi? Bu barədə bir söz deyə bilmərəm.
Hər halda özünün cavab verəcəyi məsələdi. İstənilən halda ona uğurlar arzu edirəm. Ümidvaram ki, hər şey onun üçün yaxşı alınacaq. O, həmişə yaxşı idi və birlikdə də oynayanda özünü yaxşı tərəfdən göstərirdi”.
saytlarin hazirlanmasi