"Qarabağ" - "Sabah" matçında şəhidlərimiz yad edildi - FOTO

18:18 - 4 Dekabr 2021

"Qarabağ" Azərbaycan Premyer Liqasının13-cü turunda öz meydanında "Sabah"ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə helikopter qəzasında şəhid olan DSX hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. "Qarabağ" azarkeşləri şəhidlərin adları yazılmış kağızları əllərində tutublar.

 

Qeyd edək ki, noyabrın 30-da baş vermiş hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

 

Xəbər xətti