Premyer Liqanın 13-cü turunun “Səbail”lə (2:2) oyununda penaltidən fərqlənən “Keşlə”nin futbolçusu Felipe Santos şəxsi instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, paytaxt klubunun braziliyalısı matç və vurduğu qolla bağlı yazıb:
“Vurduğum qola görə şadam. Amma nəticəyə görə yox. Hansı ki, son dəqiqədə qələbəni əldən verdik. Hələ 2021-ci il bitməyib. Sona qədər mübarizə aparacam".