Premyer Liqanın 13-cü turu çərçivəsində “Keşlə” ilə qarşılaşan “Səbail” Camal Araqonun son saniyələrdə vurduğu qolla komandasına 1 xal (2:2) qazandıra bilib.
Sportal.az xəbər verir ki, Liberiya millisinin üzvü vurduğu qoldan və komandasına 1 xalı qazandırması barədə şəxsi instaqram hesabında bunları yazıb:
“Anamdan ayrıldığım vaxtdan 10 gün keçib. Vurduğum qolu sənə həsr edirəm. Harada olsan belə, dünyaya əfsanə gətirdiyini bilməlisən".