U-19-un rəqibləri məlum oldu

19:58 - 9 Dekabr 2021

19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə mübarizə aparacaq.

 

Bu qrupun oyunları gələn ilin 6-12 aprel tarixlərində təşkil olunacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi ilə bağlə saytımızda məlumat veriləcək.

Xəbər xətti