"The Best" mükafatının qalibləri müəyyənləşir

12:55 - 17 Yanvar 2022

Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olacaq.

 

Sportal.az xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Ən yaxşı futbolçu adına PSJ-dən Lionel Messi, “Bayern”dən Robert Levandovski və “Liverpul”dan Məhəmməd Salah namizəddir.

 

2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlər İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Çelsi”nin baş məşqçisi Tomas Tuxeldir.

Xəbər xətti