Polşanın "Qurnik" klubunun baş məşqçisi Kamil Keres Antalyada "Zirə" ilə yoxlama oyunu (2:2) barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasnda bunları deyib:
"Təlim-məşq toplanışına yeni başlamışıq. İlk günlər həmişə ağır keçir. Oyun məzmunlu oldu. Bəzi futbolçular qış fasiləsindən sonra ilk matçına çıxıblar. İlk hissə gərgin keçdi. Çoxlu qayda pozuntuları, mübahisəli epizodlar oldu. Ümumiyyətlə, yaxşı oynadıq, lakin topa nəzarət etmək həmişə mümkün olmur. İkinci hissədə daha çox şansımız oldu. Hələ ki, qalib gələ bilmirik, amma uduzmuruq da. Bizim hələ çox işimiz var".