"Bordo"nun yetirməsi "Zirə"də - RƏSMİ

19:22 - 27 Yanvar 2022

"Zirə" yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Brayan Alseusla 2 il yarımlıq müqavilə bağlayıb.

 

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.

Xəbər xətti