"Zirə"nin futbolçusu Hamidu Keyta "Sabah"la Premyer Liqa matçından (2:0) sonra instaqramda paylaşım edib.
Sportal.az xəbər verir ki, matçda dubl edən 27 yaşlı hücumçu bunları deyib:
"Bu hissi sevirəm. Diqqət mərkəzində qal".
Qeyd edək ki, "Zirə" Hamidu Keytanı qış transfer pəncərəsi zamanı heyətinə qatıb. Seneqallı forvard paytaxt klubunun heyətində meydana çıxdığı 4 oyunda 3 qol vurub.
saytlarin hazirlanmasi