"Marsel" cütün taleyini 70-80 faiz Fransada həll etmişdi" - MÜSAHİBƏ

21:34 - 25 Fevral 2022

"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib. 

O, Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"ə qarşı keçirilən oyununu şərh edib.

- "Qarabağ" "Marsel"lə görüşdə istədiyi nəticəni əldə edə bilmədi. Səncə, komandanın məğlubiyyətinə və istədiyi nəticəni əldə edə bilməməsinə səbəb nə idi?
- Düzdü, "Qarabağ" istədiyi nəticəni əldə edə bilmədi. Amma istədiyi futbolu oynaya bildi. Hər iki oyunda "Qarabağ" üstün tərəf idi. Nəzərə alaq ki, rəqib Avropanın köklü klublarından biri "Marsel" idi. Məğlubiyyətə səbəb də elə budu. "Marsel" çox intizamlı oynadı, həm evdə, həm də səfərdə "Qarabağ"ı ikinci zonada rəqibini qarşılayıb, oyunu əks-hücumlarda qurdu.Oyundan öncə də fikirləşirdim ki, "Marsel" Bakıda 5-li müdafiə sistemindən istifadə edə bilər. Belə də oldu. Düzdü, hücum zamanı 4-3-3 sxeminə keçirdilər, müdafiə zamanı isə 5-lü müdafiə sisteminə keçirdilər. Dünənki matçda heyətlərində 7 dəyişikliyə getmişdilər.  Bütün bunlar "Qarabağ"dan ehtiyat etdiklərinin göstəricisi idi və nəticədə də turu keçən tərəf "Marsel" oldu.

- Marseldəki görüşdə səhvlərilə yadda qalan Luka Quqeşaşvilinin Bakıdakı matçda da buraxılan qollarda səhvləri oldu. Necə düşünürsən, Quqeşaşvili “Qarabağ” səviyyəsindədi, yoxsa necə?
Luka buraxılan qollarda səhvlərə yol verdi. Əsasən də Marseldəki iki və üçüncü qollar böyük rol oynadı. Ölkə çempionatı və kubok matçlarında çox yaxşı təsir bağışlamışdı. Düşünürəm ki, Konfrans Liqasının pley-off mərhələsi səviyyəsi üçün təcrübəsi çatmadı. 

- Hesabı açan tərəf “Qarabağ” olsaydı, fərqli nəticə alınardı? Yəni buraxılan qol “Qarabağ” futbolçularını nə dərəcədə ruhdan saldı?
-
Hesabı "Qarabağ" açsa idi, daha gərgin matç izləyəcəkdik. Ancaq bayaq dediyim kimi "Marsel" daha təcrübəlidi. "Marsel" cütün taleyini 70-80 faiz Fransada həll etmişdi.

- Dünənki matça damğa vuran əsas məsələ isə Qurban Qurbanovun jesti idi. Həmin epizoda necə şərh verərdin? 
- Bu durumda "Marsel" futbolçularının davranışı xoşuam gəldi. Onlar hamılıqla və əminliklə hakimə təzyiq etməyə başladı. Qurban Qurbanov isə özünə yaraşan şəkildə qərar verdi. O, Maksimi və Vadjini yanına çağıranda mən artıq qərarın necə olacağını bilirdim. Düşünmürəm ki, həmin qərara "Qarabağ" futbolçularını tempdən saldı. Başqa qol epizodlarından istifadə edə bilərdilər, sadəcə bu alınmadı.

- Xorxe Sampaoli dünən konfransda bildirdi ki, "bəlkə də mən deməzdim, qolu qeyd edərdim, amma Qurban Qurbanovun yerində olmaq istəyərdim". Sən necə, Qurbanovun yerində olsaydın hansı qərarı verərdin?
-
Qurban Qurbanov bu suala çox gözəl və azərbaycanlıya yaraşacaq cavab verib. Mən də həmin durumda eyni qərarı verərdim.

​Mirbağırağa Cəfərli

Xəbər xətti