Latviyalı klubunun baş məşqçisi Azərbaycan yığmasının üzvü barədə: "O, daha da güclü olmağımıza kömək edə bilər"

12:55 - 27 Fevral 2022

Latviyanın "Dauqavpils" klubunun baş məşqçisi Andrey Kalinin Sportal.az saytına açıqlama verib.

O, 21 yaşlılardan ibarət yığma komandamızın və "Neftçi"nin futbolçusu Asim Əlizadənin Latviya klubuna mümkün keçidi barədə danışıb.

Kalininin sözlərinə görə, məşqçilər korpusu yığmamızın üzvünü sərəncamında görmək istəyir: "Asimlə bağlı təəssüratımız müsbətdi. O, komandamızın daha da güclü olmasına kömək edə bilər. Əslində, digər ölkələrdən futbolçu dəvət etməyin də məqsədi elə komandanı gücləndirməkdi. Asimin insani keyfiyyətləri də yüksəkdi, həm də peşəkardı. Bizim komandada bu məsələlərə böyük önəm verilir. Adaptasiya prosesini keçərək, ona verilən tapşırıqları dərhal yerinə yetirməyə çalışır. Təbii ki, onu sərəncamımızda görmək istəyərdik".

Xəbər xətti