"Matça damğa vuran Qurban Qurbanovun “fair-play” hərəkəti idi" - MÜSAHİBƏ

15:12 - 27 Fevral 2022

"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib:

- "Qarabağ" "Marsel"lə matçda istədiyi nəticəni əldə edə bilmədi. Səncə, istənilən nəticəni əldə etməməkdə əsas səbəb nə idi?
- Rəqib "Marsel" olsa da, "Qarabağ" həm Fransada, həm də Bakıda onlardan üstün futbol oynadı. Mərhələni keçə bilməsələr də "Marsel"lə müqayisədə daha gözəl oynadılar. Burada əsas məsələ “Qarabağ” futbolçularının xırda səhvləri və “Marsel”in futbolçularının fərdi ustalıqları öz sözünü dedi. Ona görə də mərhələni “Marsel” keçdi. “Qarabağ” Avropada Azərbaycan futbolunu layiqincə təmsil etdi. Qrupdan çıxmaqla ilkə imza atdılar. Bir də bayaq dediyim kimi hər 2 matçda da gözəl futbol oynadılar.

- Luka Quqeşaşvili hər 2 görüşdə səhvlərlə yadda qaldı. Demək olar ki, gürcü qolkiper "Qarabağ"da özünü göstərə bilmir?
- "Qarabağ" sıradan futbolçu transfer etmir. Lukanın da üstün cəhətləri var. Səhv hamıda olur.

- "Qarabağ" "Marsel"lə matçın ilk dəqiqələrindən təzyiq edirdi. Hesabı açan tərəf ağdamlılar olsaydı, nəticə istədikləri kimi olardı?
Hesabı açan tərəf "Qarabağ" olsaydı, əbləttə ki, hər şey baş verə bilərdi. Bəlkə də “Qarabağ” qalib gələrdi.

- Qurban Qurbanovun "fair-play" hərəkətini necə şərh edərdin?
Matça damğa vuran hərəkət Qurban Qurbanovun “fair-play” hərəkəti idi. Həqiqətən də təqdirəlayiq və azərbaycanlıya yaraşan hərəklət etdi. Həmin epizoda görə Qurban Qurbanovu alqışlamaq lazımdı. Bəlkə də ilin “fair-play” mükafatı Qurban Qurbanova veriləcək.

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsümki çıxını necə dəyərləndirirsən?
-
"Qarabağ" Azərbaycanı layiqli təmsil etdi. Onları sadəcə alqışlamaq lazımdı.

- Bundan sonra "Qarabağ" bütün diqqətini ölkədaxili oyunlara yönəldəcək. Necə düşünürsən, bu mövsüm ölkədaxili bütün kubokları qazanacaq "Qarabağ"?
Bəli, avrokuboklar başa çatdıqdan sonra onların ölkə kuboku və ölkə çempionatının oyunlarına köklənəcək. Məncə, məqsədləri hər iki titulu qazanmaqdı.

Mirbağırağa Cəfərli

Xəbər xətti