"Qarabağ"ın "Marsel" səddini keçə bilməməsinin səbəbi rəqibin top ölkə çempionatından olması idi. Rəqib çox güclü idi, “Qarabağ” gücü çatdığı qədər rəqibə müqavimət göstərdi, yaxşı futbol oynadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ramal Hüseynov deyib.
Vaxtilə "Qarabağ"da oynamış Hüseynov Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib. O, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın avrokuboklardakı çıxışı barədə danışarkən, 49 yaşlı mütəxəssisin özünün “fair-play” hərəkətini də şərh edib:
“Luka Quqeşaşvilinin səhvləri? Bilirsiz, “Marsel”ə qarşı iki oyun və Azərbaycandakı 2-3 oyuna çıxmaqla Lukaya qiymət vermək hələ tezdi. Çünki o, hazırda adaptasiya prosesini keçir, indidən bir söz demək çox tezdi.
Qurban Qurbanovun "Marsel"lə matçdakı "fair-play" hərəkətinə gəlincə, o, əsl azərbaycanlı kimi qərar verdi. Bu mənada ona alqış düşür. “Qarabağ” avrokuboklardakı çıxışını yekunlaşdırdı deyə, bütün fikrini ölkədaxili oyunlara yönəldəcək. Məncə, “Qarabağ” artıq 1 kuboku qazanıb, qalıb ikincisi. Çempionluğu nəzərdə tuturam. Bu mövsüm çempionluq şansları yüksəkdi".