Milli komandamızın qapıçısı Emil Balayev "Qarabağ"la razılıq əldə edib.
Sportal.az xəbər verir ki, Ağdam klubu onun "Turan"a keçidinə mane olmayıb. Belə ki, "Qarabağ" onunla müqaviləyə xitam verməyə razı olub.
Azərbaycan Premyer Liqasının 17-ci turunun "Keşlə" matçı Balayev üçün "Qarabağ"dakı sonuncu matçı olub. Bu matçda qolkiper ehtiyat skamyada oturub.
Yaxın günlərdə Balayev Qazaxıstanın "Turan" klubu ilə rəsmi müqavilə imzalayacaq. Amma o, Qazaxıstana dərhal yollanmayacaq. Belə ki, qolkiperin yaxın günlərdə toyu olacaq.