"Sabah"ın xorvatiyalı futbolçusu Spiro Periçiç Sportal.az saytına müsahibə verib.
- Komandanız Premyer Liqanın 17-ci turu çərçivəsində "Neftçi"yə uduzdu. Matç barədə fikrin necədi?
- Əslində, "Neftçi"yə qarşı yaxşı oyun sərgilədik. Lakin futbolda bəxt çox böyük amildi. "Neftçi" ilə matçda sadəcə bəxtimiz gətirmədi.
- "Neftçi"nin azsaylı hücumu qolla nəticələndi. Səncə, nəyə görə geridönüş edə bilmədiniz?
- Həmin gün sadəcə bizim günümüz deyildi. Güclü rəqiblərimizlə mübarizə, oyun baxımından geri qalmırdıq. Amma komandada inkişaf görünür.
- Murad Musayev oyundan sonra bildirdi ki, üç oyundu eyni ssenari baş verir, birinci hissə yaxşı oynayırsınız, ikinci yarının əvvəlində qol buraxırsınız. Problemin beyində, düşüncədə olduğunu bildirdi. Sənin fikrincə problem nədədi?
- Bəli, baş məşqçimizlə razıyam. Görünür ki, ikinci hissədə oyuna nəzarəti əldən verdik və qapımız qarşısında yaranan ilk təhlükəli epizod da qolla nəticələndi. Amma əminəm ki, oyunumuzda olan bu çatışmazlığı qarşıdakı görüşlərdə aradan qaldıracağıq.
- "Neftçi" ilə ölkə kubokunda gərgin oyun alınmışdı. Çempionat oyunu öncəsi gərginlik var idi, yoxsa kubokdakı görüşü unutmuşdunuz?
- Bu, sadəcə oyunun gərginliyi ilə bağlı idi. "Neftçi" kimi komandaya qarşı matçda qalib gələ biləcəyini hiss edəndə, var qüvvənlə mübarizə aparırsan. Bu cür matçlarda gərginlik normaldı.
- "Sabah" avrokuboklar şansını itirib, yoxsa səncə, şans hələ də qalıb?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Hansı pillədə qərarlaşacağımızı mövsüm sonunda görəcəyik. Hələ ki, mübarizəmizi davam etdiririk.
- Növbəti turdakı rəqibiniz "Keşlə"di. Onları məğlub edə biləcəksiniz?
- Artıq əvvəlki oyunlarımızı unudub, tam olaraq növbəti, yəni "Keşlə" oyununa köklənmişik. Fikrimcə, biz Premyer Liqada istənilən komandaya qalib gələ bilərik. Bu oyunda da həmçinin.
Mirbağırağa Cəfərli