Azərbaycanlı futbolçu Polşa klubuna keçdi - FOTO

16:54 - 1 Mart 2022

Yunanıstanın "Olimpiakos" (Volos) klubuna keçəcəyi gözlənilən azərbaycanlı futbolçu Nazim Bağırov karyerasını Polşada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu ölkənin "Podlasiye" klubuna transfer olub. Gənc futbolçu III Liqa təmsilçisi ilə 30 iyun tarixində kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Nazim Bağırov "Neftçi-2"də və Gürcüstanın "Şaverdeni" klubunda çıxış edib. 

 

Xəbər xətti