Xorvatiya mətbuatı "Dinamo"nun uğursuz çıxışını müzakirəyə çıxarıb.
Sportal.az xəbər verir ki, "Jutarnji List" nəşrində çalışan həmkarlarımız Zaqreb klubunun bir neçə futbolçusunun zədə səbəbindən meydana çıxmamasından və Mahir Emrelinin nəyə görə bu qədər az oynamasından yazıblar:
"Deyirlər ki, Mahir Emreli kifayət qədər hazır olmadığı üçün son turda "Osiyek"lə matçda şans qazana bilmədi. Azərbaycanlı hücumçu "Dinamo"ya keçməmişdən əvvəl qış hazırlıq mərhələsini tamamilə boşa keçirmişdi. Amma ola bilsin ki, onu hələlik 20 dəqiqə meydana buraxmaq mümkün olar və bu da komandanın effektliyini artırmaq üçün kifayət etsin".
Mirbağırağa