"Qəbələ"nin zədəliləri məşqlərini bərpa etməyə başlayıb.
Sportal.az saytının məlumatına görə, Premyer Liqanın 16-cı turu çərçivəsində "Səbail"ə qarşı keçirilən oyunda zədələnən Asif Məmmədov və yanvarda zədələnmiş Ürfan Abbasov artıq komanda ilə birlikdə məşq edir. Hətta Abbasov komandasını 17-ci turda “Sumqayıt”a qarşı keçirilən oyuna kapitan sarğısı ilə çıxarıb.
Bölgə klubunu sevindirən daha bir xəbər isə Rüfət Əhmədovla bağlıdı. Belə ki, o, qismən komanda ilə məşqlərini bərpa edib. Mövsümün ilk turlarında zədələnmiş Yaovi Akakpo isə hazırda reabilitasiya prosesini keçir.