Rusiya mətbuatı "Sabah"ın baş məşqçisi Murad Musayevin "Krasnodar"u çalışdıracağı barədə xəbər yayıb.
Məsələ ilə bağlı paytaxt klubu ilə əlaqə saxladıq. "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportal.az-a açıqlamasında bu iddianı təkzib edib. O, Murad Musayevin şəxsi işləri ilə bağlı Krasnodara yollandığını deyib:
“Krasnodar”da daha öncə baş məşqçi istefası gerçəkləşəndə də oxşar xəbərlər yayılmışdı. Murad Musayevin uzun müddət “Krasnodar”ın akademiyasında və əsas komandasında çalışmasını və müəyyən uğurlar qazanmasını nəzərə alsaq, hər dəfə bu klubda baş məşqçi ayrılığı yaşananda Rusiya mətbuatının bu cür iddia ilə çıxış etməsi başadüşüləndir. Ancaq klub daxilində belə bir məsələ müzakirə edilməyib. Musayevin Krasnodara yollanması sırf şəxsi məsələ ilə bağlıdır".
saytlarin hazirlanmasi