Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq üzvü, hazırda Türkiyə 1-ci divizionunda çıxış edən "Eyüpspor"un futbolçusu Timur Temeltaş Sportal.az saytına müsahibə verib. Türkiyə klubunun 30 yaşlı futbolçusu Azərbaycan millisində oynamaq istəyindən söz açıb.
- "Eyüpspor" hazırda 1-ci divizionda 6-cı pillədə qərarlaşıb. Klubun Superliqaya yüksəlmək şanslarını necə dəyərləndirirsən?
- Bəli, bu mövsüm "Eyüpspor"un heyətində uğurlu çıxış edirik. Amma təbii ki, daha da yaxşı ola bilərdi. Geridə qalan turlarda bəzən çox asan səhvlərdən xallar itirdik. Ancaq çempion olmaq şansımız davam edir. İlk 2 yerdən birini də tuta bilərik, pley-off mərhələsində qalib olaraq da Superliqaya vəsiqə qazana bilərik.
- Birinci liqada azərbaycanlı futbolçular Vüsal İsgəndərli və Namiq Ələsgərov da oynayır. Onlardan hansını daha çox bəyənirsən və səncə, hansı adından daha çox söz etdirir?
- Həm Vüsal, həm də Namiq çox səviyyəli oyunçulardı. Hər iki futbolçunun da xüsusi özəlliyi var. Namiqə qarşı növbəti turda oynayacağıq. Gözəl matç olacağına inanıram.
- Bu mövsüm 23 oyuna 4 qol vurmusan. Bəzən Azərbaycan A milli komandasından dəvət gələcəyini ehtimal edirsən?
- Təbii ki, Azərbaycan millisindən dəvət gəlməsini istəyərdim. Lakin dəvət heç gəlmədi. Hər mövsüm Türkiyədə oynayıram və Azərbaycan millisini də izləyirəm. Ancaq dediyim kimi heç təklif gəlməyib.
- Ümumiyyətlə, Azərbaycanın A millisində oynamaq istəyin var? Səncə, Canni De Byazi sənin haqda məlumatlıdı?
- Canni De Byazinin məni tanıyıb-tanımadığını bilmirəm. Ancaq mənim ilk işim klubumun uğurlu çıxışına kömək etməkdi. Sonrası isə baş məşqçinin verəcəyi qərardı.
- Bir ara “Neftçi”yə transfer olacağın ehtimal edilirdi. Daha sonra isə adın “Səbail”lə hallandı. Bu iki klubdan birinə transferin niyə reallaşmadı?
- Doğrudu, “Neftçi” ilə anlaşmışdım. Ancaq sonda mənim keçmiş klubum tərəfindən bəzi problemlər ortaya çıxdı. Buna görə də transfer gerçəkləşmədi. Həmin vaxtı “Neftçi”yə gəlməyi çox istəyirdim, amma qismət deyilmiş.
- Heç özünü Azərbaycan Premyer Liqasında sınamaq istəyirsən? Maraqlıdı, son vaxtlarda menecerlər səni Azərbaycan klublarına təklif edib?
- Təbii ki, Azərbaycanda oynasaydım milli komandaya dəvət olunmaq ehtimalın çox daha yüksək olardı. Çünki orada hər həftə millinin məşqçilər korpusunun səni daha çox izləyir.
Mirbağırağa
saytlarin hazirlanmasi