Ukraynada yaşayan millimizin keçmiş futbolçusu: "Şəhərlərə güclü raketlər atılır, hər gün həyatını itirənlər var"

14:57 - 3 Mart 2022

"Buradakı vəziyyət heç də yaxşı deyil. Ukraynada hər gün ölüm hadisələri baş verir. Necə olacağını isə heç kim bilmir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Aleksandr Çertoqanov deyib.

Azərbaycan milli komandasının sabiq üzvü Rusiyanın Ukraynaya qarşı başlatdığı və hazırda da davam edən təcavüzünü şərh edib. Ukraynanın Dnepr şəhərində yaşayan Çertoqanov vəziyyətin gərgin olduğunu bildirib:

“Vəziyyət gərgindi. Ukraynaya çox sayda və çox güclü raketlər atılır. Partlayışlar bir çox insanın həyatına son qoyub. Düzdü, bizim şəhərdə hələ ki, sakitlikdi. Amma Kiyev və Xarkovda yaşayan dostlarımla danışıram. Həmin şəhərlərə yenə güclü raket zərbələri endirilir və oradakı vəziyyət heç də yaxşı deyil. Hər gün həyatını itirənlər var. Sadəcə ümid etmək qalır ki, tezliklə hər şey bitsin".

Xəbər xətti