İntizam Komitəsi "Neftçi" və "Səbail"i cərimələdi

14:40 - 4 Mart 2022

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın XVII turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1).

 

“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

 

XVII turunun “Səbail”  – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

Xəbər xətti