"İnfrastruktur baxımından Premyer Liqaya hazırıq. Biz tələb olunan sənədləri hazırlayıb federasiyaya təqdim edirik".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Turan-Tovuz”un icraçı direktoru Nadir Nəbiyev deyib.
Qərb bölgəsini təmsil edən klubun rəsmisi qarşıdakı mövsümdən Premyer Liqada oynamaq iddiasında olduqlarını söyləyib:
"Biz həmişə istəmişik ki, Premyer Liqada oynayaq. Ancaq etiraf etmək lazımdı ki, klub olaraq buna hazır deyildik. Nə bazamız var idi, nə də normal paltardəyişmə otaqlarımız. Amma indi elə problemlərimiz yoxdu. İndi daha istəkliyik. Ona görə ki, artıq qarşıdakı mövsümdən komandaların sayı çoxalacaq. Biz də ona görə çalışırıq ki, həm vaxtında, həm də lazımı qaydada sənədləri təqdim edək. Ki, Premyer Liqaya yüksələn komandalar arasında “Turan” da olsun”.
"Düz deyirsiz, bugünkü gündə komandanın nə mövqeyi, nə də oyunu bizi də və azarkeşləri qane edir. Biz divizionda 2 dəfə çempion olmuşuq. Ancaq tələb olunan sənədləri təqdim edə bilməmişdik. Bu gün çalışırıq ki, bacardığımız qədər turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıraq və lisenziyalaşdırma sənədlərini qaydasında təqdim edək. Sonra isə veriləcək qərarı gözləyək” deyə, Nadir Nəbiyev fikirlərini yekunlaşdırıb.