Portuqaliyada oynayan millimizin hücumçusu: "Bazar ertəsinə tam köklənmək olar"

20:29 - 4 Mart 2022

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Tondela" dünən Portuqaliya kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Mafra"ya 3:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Dadaşov şəxsi instaqram səhifəsində qələbə haqda yazıb.

Forvard komandasının 3:0-lıq qələbəsini belə şərh edib: "Necə komanda oyunu idi belə? Yarımfinalın ilk oyununda 3:0 kimi əla qələbə qazandıq. İndi tam olaraq bazar ertəsinə köklənmək olar”.

Xəbər xətti