AFFA-da milli komandaların skautu vəzifəsində çalışan İlqar Qurbanov səfərə hazırlaşır. Sportal.az saytının məlumatına görə, Qurbanov mart ayının 22-də İsveçrəyə yollanacaq.
İlqar Qurbanovun səfəri UEFA-nın təşkil etdiyi skautinq kursunda - “UEFA Elite Scout Programme” (UEFA ESP) iştirakıyla bağlıdır. Tələb olunan mövzulara dair imtahanları müvəffəqiyyətlə verən gənc mütəxxəssis Nyon şəhərində keçirilən tədbirə dəvət alıb.
Qeyd edək ki, müxtəlif modullardan ibarət skautinq proqramı ümumilikdə 3 ay davam edəcək.
saytlarin hazirlanmasi